Macarıstanda yarış zamanı avtomobil yoldan çıxaraq tamaşaçılara çırpılıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində 4 nəfər ölüb, ən azı 8 nəfər yaralanıb.
Polis qəzanın səbəbinin hələlik məlum olmadığını bildirib.