Modern.az

Səudiyyənin ilk insanabənzər robotu - Seks və siyasətdən danışmır

Səudiyyənin ilk insanabənzər robotu - Seks və siyasətdən danışmır

25 Mart 2024, 11:04

Səudiyyə Ərəbistanında Sara adlı ilk insanabənzər robot yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb.

 

Ər-Riyadda yerləşən "QSS AI & Robots" şirkətinin baş direktoru Eli Metri bildirib ki, Sara 25 yaşında, 162 santimetr boyu olduğunu düşünür və o Səudiyyə qalmalarına xas stildə geyinir.

 

“O, mülayim olmalı, siyasətdən, seksdən danışmamalıdır, çünki biz Səudiyyə Ərəbistanındayıq. O mövzulara toxunmağa ehtiyac yoxdur”, - Metri bildirib. 

 

Sara ərəb və ingilis dillərini bilir.

 

Baş direktorun sözlərinə görə, Sara şirkətin öz dil öyrənmə modelindən, mətn və nitqi anlamaq üçün nəzərdə tutulmuş süni intellekt proqramından istifadə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?