Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarında qadın hərbçilərin sayı 2023-cü ildə 9% artıb.
Modern.az xəbər verir ki, bunu Xidmətin direktoru Armen Abazyan martın 25-də parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının növbədənkənar iclasında deyib.
“2022-ci illə müqayisədə MTX sərhəd qoşunlarında qadın hərbçilərin sayı təxminən 9%, 2021-ci illə müqayisədə isə təxminən 20% artıb”, - Abazyan deyib.