“İctimai Palatanın (İP) buraxılmasından danışmaq hələ tezdir”. Bunu Modern.az-a açıqlamasında İP Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu qurumun ləğv olunması ilə bağlı fikirləri şərh edərkən deyib. O bildirib ki, hələlik bu barədə İP-də hər hansı bir müzakirə olmayıb.
“Məsələ ilə bağlı Koordinasiya Şurasının toplantısına və müzakirəsinə ehtiyac var”-deyən İP rəsmisi qeyd edib ki, qurumun iclasından sonra sözügedən məsələ haqda qərar qəbul etmək məqsədə uyğundur.
Xatırladaq ki, Milli Şura yaranandan sonra müxalifətin digər birliyi sayılan İP-nin buraxılması fikri zaman-zaman dövriyyəyə girib. Növbəti dəfə isə müxalifətin ideoloqlarından hesab olunan, İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn təmsil olunduğu təşkilatın perspektivini şübhə altına alaraq onun fəaliyyətinə xitam verilməsi tələbi ilə çıxış edib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da P. Hüseynin fikirlərini dəstəkləyib.
Aqşin Kərimov