Modern.az

İdmançımız Türkiyədə gümüş medal qazandı 

İdmançımız Türkiyədə gümüş medal qazandı 

30 Mart 2024, 22:13

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Adil Osmanova uduzub.

 

Bununla da milli komanda yarışda ilk medalını əldə edib.

 

Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?