Modern.az

İranlı jurnalist evinin qarşısında bıçaqlandı

İranlı jurnalist evinin qarşısında bıçaqlandı

31 Mart 2024, 08:51

Londonda “İran İnternational” kanalının əməkdaşı Puria Zeraati evinin qarşısında ayağından bıçaqlanıb.

 

Modern.az xəbər verir ki, o, xəstəxanaya çatdırılıb və vəziyyətinin stabil olduğu bildirilir.

 

Terrorla mübarizə polisi jurnalistə qarşı hücumu araşdırdığını deyib. Hücumun motivi qeyri-müəyyən olaraq qalır, lakin kanalın keçmişdə işıqlandırdığı mövzular arasında İranda insan haqlarının pozulması var. Ötən ilin fevralında kanal əməkdaşlarına təhdidlər səbəbindən fəaliyyətini müvəqqəti olaraq Vaşinqtona köçürüb, sentyabrda isə kanal fəaliyyətini Londonda bərpa edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?