İsraildə növbədənkənar seçki keçirilməsi və girovların geri qaytarılması tələbi ilə Tel-Əviv şəhərində aksiya keçirilib.
Modern.az “The Times of Israel”ə istinadən xəbər verir ki, hökumət əleyhinə nümayişlər zamanı 16 nəfər saxlanılıb.
Nəqliyyatın hərəkətini dayandırdıqları üçün daha doqquz nəfər 1000 şekel (270 dollar) cərimələnib.
Nümayişlər bitdikdən sonra bütün yollar açılıb.