Modern.az

Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun iclasına qatıla bilər

Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun iclasına qatıla bilər

Təhsil

22 Oktyabr 2013, 12:29

“Bir neçə gün əvvəl Ziyalılar Forumu iclasının keçirilməsi barədə  qurumun üzvləri ilə müzakirələr aparmışıq”. Bu sözləri Modern.az-a Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, Ziyalılar Forumun toplanması qərarı alınıb.

E. Quliyev bildirib ki, Forumun gələcək iclaslarında Rüstəm İbrahimbəyov da iştirak edə bilər. “Rüstəm müəllim hələ ki Moskvadadır. Amma toplantıya qatılsa, daha yaxşı olardı”.

Ziyalılar Forumu təmsilçisi qurumun buraxılması məsələsini də şərh edərkən qeyd edib ki, bu məsələ ümumiyyətlə müzakirə mövzusu belə ola bilməz. “Ziyalılar Forumu cəmiyyətin məsləhət və tövsiyə generatorudur. O necə ləğv edilə bilər!? Hakim funksiyası yerinə yetirdiyindən Ziyalılar Forumu ləğv oluna bilməz”.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat