Modern.az

Netanyahu əməliyyat olunacaq

Netanyahu əməliyyat olunacaq

31 Mart 2024, 19:01

İsrailin Baş naziri Benyamin Netanyahu bu gün əməliyyat olunacaq.

 

Modern.az "Kan" dövlət teleradio şirkətinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

 

Qeyd olunub ki, Baş nazir postunu müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin tutacaq.

 

Əməliyyat tam anesteziya altında aparılacaq. “The Times of Israel” qəzetinin yazdığına görə, bel yırtığı ötən gecə adi müayinə zamanı aşkarlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?