Modern.az

Müsavat Gənclər Təşkilatının sədri saxlanılıb

Müsavat Gənclər Təşkilatının sədri saxlanılıb

29 Aprel 2010, 13:31

Aprelin 29-da Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslını Nəsimi rayonu ərazisində polis saxlayıb.
Yaxın qohumu Naibə Həsənova "Azadlıq" radiosuna deyib ki, Tural səhər saat 11 radələrində onların evindən (Sübhi Salayev 35) çıxarkən mülki geyimli şəxslər tərəfindən zorla maşına mindirilərək aparılıb: «Mülki geyimli adamlar idi. Qolundan yapışıb dedilər ki, bizimlə getməlisən. Yaxınlaşıb qanunsuz hərəkət etdiklərini bildirdikdə məni təhqir edib kənara itələdilər. Turalı da sürüyüb maşına saldılar».
Turalın anası Başxanım Abbasova hesab edir ki, oğlunu aprelin 30-da 1 il əvvəl ADNA –da baş vermiş qətliyamın il dönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan aksiyaya görə saxlayıblar.
Nəsimi rayon polis idarəsindən və onun 21-ci bölməsindən isə bildiriblər ki, bölməyə belə bir vətəndaş gətirilməyib, onlarda belə məlumat da yoxdur.
Bir qrup gənclər təşkilatı aprelin 30-da Neft Akademiyasında baş verən qətliamın anım mərasimini keçirmək üçün Bakı şəhər meriyasına müraciət etsə, də müsbət cavab almayıblar.
Ötən il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı