Modern.az

Lukaşenko Ermənistanın Gömrük İttifaqına qoşulmasından danışdı

Lukaşenko Ermənistanın Gömrük İttifaqına qoşulmasından danışdı

Təhsil

22 Oktyabr 2013, 12:34

Minskdə MDB ölkələri KİV nümayəndələri ilə görüşən Aleksandr Lukaşenko Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı öz fikirlərini bölüşüb. Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Belarus prezidenti Gömrük İttifaqına üzvlüyün uzun bir proses olduğunu bildirib. “Ermənistan Gömrük İttifaqına nə bu gün, nə sabah, nə bu il, nə də ki, çox güman gələn il üzv ola biləcək”. Bununla belə, Lukaşenko Avrasiya İttifaqının Minsk sammitində Ermənistanla hər hansı sənədin imzalanmasını istisna etmədi. “Ermənistanın Gömrük İttifaqına qoşulması barədə hər hansı sənədin imzalanmasını istisna etmirəm”.

Xatırladaq ki, noyabrın 27-də Minskdə keçiriləcək Avrasiya İttifaqının sammitində Rusiya, Belarus və Qazaxıstan prezidentləri Gömrük İttifaqına dair bır sıra sənədləri imzalayacaqlar. Onlardan biri Vahid Gömrük Tarifi ilə bağlı sənəddir. Sammitdə Ermənistan prezidenti Serj Sarkisyanın da iştirak etməsi gözlənilir. 

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat