
Milli Məclisin üzvü, deputat Fəzail Ağamalı Orxan Zeynalovun məhkəməsi ilə bağlı Rusiya Dövlət Dumasına müraciət etməyi təklif edib.
Modern.az bildirir ki, bunu deputat bugünkü plenar iclasda çıxışı zamanı bildirib.
“Orxan Zeynalov bəhanə idi. Bu Azərbaycana təzyiq və Gömrük İttifaqına cəlb edilməsi üçün atılan addımlardır”-deyə deputat qeyd edib. F.Ağamalı bildirib ki, Rusiyada işləyən soydaşlrımıza dəstək verilməlidir. “Arif Rəhimzadənin rəhbərliyi ilə Azərbaycan-Rusiya dostluq qrupu Dövlət Duması ilə əlaqə saxlasın və müvafiq addımlarımızı ataq. Milli Məclisin narazılıqlarını onlara bildirək ki, heç olmasa bu hadisələr daha da radikallaşmasın”-deyə F.Ağamalı vurğulayıb.
Aytən Əliyeva