Modern.az

Lalə Şövkət Milli Şuradan istefa verib

Lalə Şövkət Milli Şuradan istefa verib

22 Oktyabr 2013, 13:28

“Lalə Şövkət Milli Şuradan istefa verib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri, Milli Şuranın üzvü Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, ALP lideri Lalə Şövkət hələ prezident seçkilərindən əvvəl Milli Şuradan istefa verib: “Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin namizədliyi irəli sürüləndən sonra Lalə Şövkət Milli Şuradan istefa verdi. Lakin seçkiqabağı kampaniya olduğundan, Cəmil Həsənlinin kampaniyasına zərər vurmamaq üçün Lalə Şövkətin istefa məsələsini qabartmadıq”.  

Ə. Temirxan L. Şövkətin Milli Şuranı tərk etməsi, yaranan narazılığın səbəbləri barədə danışmaq istəməyib.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü