Modern.az

Amerikalı təlimatçılar Ermənistana GƏLDİLƏR

Amerikalı təlimatçılar Ermənistana GƏLDİLƏR

Dünya

1 Aprel 2024, 14:43

Aprelin 1-də Ermənistana ABŞ-dan bir qrup təlimatçı gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Onlar Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində ölkəyə səfər ediblər.

 

Məlumata görə, təlimatçılar aprelin 1-dən 5-dək Ermənistanda olacaqlar. Onlar ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?