Modern.az

Keçmiş deputatlar YAP-a MÜRACİƏT edib

Keçmiş deputatlar YAP-a MÜRACİƏT edib

Təhsil

22 Oktyabr 2013, 13:56

1995-ci ildə deputat olmuş şəxslər pensiya probleminin həll olunması üçün hakim Yeni Azərbaycan Partiyasına müraciət ediblər.

Modern.az saytı bildirir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Sosial sığorta haqqında ” qanunun müzakirəsi zamanı bildirib.

“1995-ci ildə Milli Məclisə seçilən şəxslər müraciət edirlər və pensiya problemindən şikayət edilər. Çünki 2000-ci ildən bu yana seçilən deputatların hamısı indiki əmək haqqının 80 faizini pensiya kimi ala bilirlər. Amma 1995-ci ildə seçilənlər bu pensiyanı ala bilmirlər. Səbəb hazırda müzakirə edilən "Sosial sığorta haqqında" qanundur”.-deyə S.Novruzov bildirib.

Deputat spiker Oqtay Əsədovdan məsələ ilə bağlı müvafiq tapşırılqar verməsini xahiş edib: “Mən xahiş edirəm ki, bu məsələni Sosial siyasət komitəsinə tapşırasınız. Məsələni diqqətə alıb çıxış yolu tapsın. Onsuz da onların sayı 30-35 nəfərdir”.

Sabir Rüstəmxanlı da Siyavuş Novruzovu dəstəkləyib və bu problemi “humanitar fəlakət” adlandırıb, ancaq o, 1990-cı ildən sonra deputat olmuş şəxsləri də bu sıraya aid edib: “Mən hesab edirəm ki, millət vəkili olan şəxslər arasında fərq qoymaq olmaz. Bu məsələ ölkənin müstəqilliyinə səs verən deputatlarla bağlıdır. Onlar da deputat kimi təqaüd ala bilmirlər. Deputat olmuş şəxslər bunun üçün məhkəməyə müraciət edilər, amma nəticəsi olmur. Xahiş edirəm bu məsələni də nəzarətə götürəsiniz”.

Spiker Oqtay Əsədov isə bildirib ki, məsələ haqqında məlumatlıdır.  “Problemin hüquqi həllinin mexanizmi yoxdur. İndi baxıb görərik məsələni necə həll etmək olar”-deyə spiker vurğulayıb.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat