Modern.az

Hava şəraiti ilə bağlı xəbərdarlıq olundu

Hava şəraiti ilə bağlı xəbərdarlıq olundu

Təhsil

22 Oktyabr 2013, 15:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumat görə, Bakıda və Abşeron yarımadasında
oktyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Rayonlarda oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşam şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, axşam güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 24-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, temperaturun ötən günlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, şimal küləyinin güclənəcəyi, yağıntılı olacağı gözlənilir. 
Oktyabrın 23-ü axşamdan 25-i gündüzədək respublikanın rayonlarında qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti gözlənilir. Yağışlı hava şəraiti, havanın temperaturunun enməsi yalnız pambığın yetişməsinə, yığımına və qurudulmasına mənfi təsir edəcək. Ümumiyyətlə, belə hava payızlıq dənlilərin toxumlarının səpini, onların cücərməsi və göyərtilərin çıxması üçün əlverişli olacaq.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat