Modern.az

“İşğal olunmuş ərazilərlə bağlı qanunun qəbuluna dair vahid rəy yoxdur”

“İşğal olunmuş ərazilərlə bağlı qanunun qəbuluna dair vahid rəy yoxdur”

Təhsil

22 Oktyabr 2013, 17:14

“İşğal edilmiş ərazilər haqqında qanun layihəsinin qəbulu işğal edilmiş ərazilərimizdə Ermənistan və ermənilərlə müəyyən mənada bağlı olan şirkətlərin iqtisadi xarakterli fəaliyyət göstərməkdən və bura nümayəndələr gəlməkdən çəkindirərdi”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. O, qeyd edib ki, bütün bunların qanuna zidd olmasına baxmayaraq işğal edilmiş ərazilərimizə nümayəndələr gəlib gedir, şirkətlər iqtisadi xarakterli fəaliyyət göstərirlər.

“Biz həmin ərazilərdə iqtisadi xarakterli fəaliyyətdən çəkindirmək və həmin əraziyə qeyri-qanuni gediş-gəlişə qarşı qabaqlayıcı tədbir görmək üçün işğal olunmuş ərazilər haqqında qanun qəbul etməliyik. Həmin qanunda müxtəlif xarakterli normaları göstərsək və beynəlxalq hüquqa uyğun şəkildə bunları təsbit edib dünyaya çatdırsaq, beynəlxalq təşkilatlarda yaysaq, hesab edirəm ki, bu qabaqlayıcı tədbir olardı”.

Mübariz Qurbanlı vurğulayıb ki, bu, bir nəfərin şəxsi təşəbbüsü ilə olmur. Bunun üçün Milli Məclisin xüsusi ekspertləri rəylər verməlidir.

“Müəyyən ekspertlərlə bu barədə söhbət aparmışam. Hələlik bununla bağlı yekdil fikir yoxdur. Ermənistanla müharibəmiz başqa münaqişələrdən bəzi cəhətləri ilə fərqlənir. Müəyyən fərqli cəhətləri ekspertlər nəzərə alaraq hələlik bizim belə qanuna ehtiyacımız olmadığını deyirlər. Ekspertlər o fikirdədirlər ki, onsuz da beynəlxalq hüquqda bu ərazilər işğal olunmuş ərazilər kimi təsbit olunub, ona görə məxsusi qanun qəbul edilməyə də bilər. Amma bəzi ekspertlər də bu fikirdədirlər ki, qanunu qəbul etsək, bunun bizə ziyanı yox, xeyri olacaq. Hələlik bu ekspertlər səviyyəsində müzakirə ediləcək mövzusudur”.

 

Aytən ƏLİYEVA

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat