Modern.az

Füzulidə “Qarabağ” Ailəvi İstirahət Kompleksi istifadəyə verilib

Füzulidə “Qarabağ” Ailəvi İstirahət Kompleksi istifadəyə verilib

22 Oktyabr 2013, 15:29
Bu gün Füzuli rayonunda Kərimbəyli kəndi ərazisində “Qarabağ” Ailəvi İstirahət Kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüququ mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Prezident İlham Əliyevin sahibkarlara yaratdığı şəraitdən danışıb, bu sahədə rayonda həyata keçirilən tədbirlərdən söhbət açıb, yaxın gələcəkdə özəl sektorun inkişaf planları barədə məlumat verib. Alı Alıyev bildirib ki, son illər Füzuli rayonunda sahibkarlığın inkişafına diqqət xeyli artırılıb. “Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı xeyli artırılıb, biznes fəaliyyətinin sferası genişləndirilib. Bu istiqamətdə rayonda əhali üçün hər cür şərait yaradılıb”-deyən Alı Alıyev hazırda rayonda 5 min torpaq payı olan ailə təsərrüfatının, 1200-dən artıq kiçik bizneslə məşğul olan özəl sektorun fəaliyyət göstərdiyini vurğulayəb. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, son iki ildə respublika Prezidentinin göstərişinə uyğun olaraq rayonda iri özəl müəssisələr yaradılmaqdadır.
“İldə 2,5-3 min ton quş əti istehsal edən “Qarabağ Broyler” MMC, 5 min ton məhsul saxlayan soyuducu anbar kompleksi, 300 hektar ərazidə elit növ buğda əkilməsi, Horadiz şəhərində ailəvi istirahət mərkəzi, Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək-bulka istehsal edən zavod, Qarabağ kəndində ətlik və südlük istiqamətli alman texnologiyası əsasında heyvandarlıq kompleksi tikilmişdir və tikilməkdədir”.

Açılışda çıxış edənlər  “Qarabağ” Ailəvi İstirahət Mərkəzində yaradılmış yüksək şəraitdən danışmış, ölkə başçısının sahibkarlara göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Qeyd edək ki, istirahət mərkəzində yüksək səviyyəli xidmət göstərən otaqlar, yeməkxana, istirahət zalları, idman oyun otaqları, həyətdə müxtəlif qonaqları qəbul edən kabinetlər var. Mərkəzdə üzgüçülük hovuzu, şadlıq sarayı da tikilib. İstirahət mərkəzində normal istirahət üçün hər cür şərait yaradılıb. Tədbir konsert proqramı ilə yekunlaşıb.




Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər