Modern.az

Azərbaycanda iki yeni nazirlik yaradıldı

Azərbaycanda iki yeni nazirlik yaradıldı

Təhsil

22 Oktyabr 2013, 20:30

Prezident İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin əsasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılır.
Şahin Mustafayev iqtisadiyyat və sənaye naziri təyin olunub.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yaradılıb. Sərəncamda deyilir ki, Azərbaycanda energetika sahəsində səmərəliliyi artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Sənaye və Energetika Nazirliyinin əsasında Energetika Nazirliyi yaradılır.
Natiq Əliyev energetika naziri təyin olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat