Modern.az

Azərbaycanın yeni kənd təsərrüfatı naziri - TƏQDİMAT

Azərbaycanın yeni kənd təsərrüfatı naziri - TƏQDİMAT

Təhsil

22 Oktyabr 2013, 22:46

Prezident İlham Əliyev oktyabrın 22-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Modern.az saytı xəbər verir ki, sərəncama əsasən Heydər Əsədov kənd təsərrüfatə naziri təyin edilib.

Qeyd edək ki, yeni kənd təsərrüfatə naziri Heydər Əsədov bu təyinatadək Hesablama Palatasının sədri idi.

Modern.az saytı onun tərcümeyi-halını təqdim edir.

Heydər Xanış oğlu Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini bitirib.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirib.
1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb.
1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib.
1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
1992-1995-ci illərdə Türkiyə Respublikasının Mərmərə Universitetinin doktorantı olub.
1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini  təyin edilib
1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini vəzifələrində işləyib.
17 aprel 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.
Ailəlidir. Üç övladı var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat