Modern.az

Ukraynada cəbhə xəttinin dağılması riski yüksəkdir - \"Politico\"

Ukraynada cəbhə xəttinin dağılması riski yüksəkdir - \

3 Aprel 2024, 14:16

Ukraynada cəbhə xəttinin dağılması riski yüksəkdir.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" yazıb.

 

Materialda deyilir ki, Ukraynanın artıq bir neçə aydır çatmayan köməyə ciddi ehtiyacı var və hər şey həm də Rusiya Federasiyasının qarşıdan gələn hücum zamanı öz qüvvələrini hara istiqamətləndirəcəyindən asılıdır.

 

“Lakin acı həqiqət ondan ibarətdir ki, paket ABŞ Konqresi tərəfindən təsdiqlənsə belə, kütləvi tədarük döyüş meydanında ciddi təlatümlərin qarşısını almaq üçün kifayət etməyə bilər”, - məqalədə deyilir.

 

Nəşr öz mənbələrinə istinadən qeyd edir ki, Ukraynanın düşmən qoşunlarının böyük kütləsini kompensasiya etmək üçün ciddi texnologiyaları yoxdur. "Politico" həmçinin hesablayıb ki, Ukrayna Silahlı Qüvvələrinə 4 milyon mərmi və 2 milyon PUA lazımdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?