Modern.az

Tələbələrimiz Türkiyənin Yıldız Texnik Universitetində mübadilə keçəcəklər

Tələbələrimiz Türkiyənin Yıldız Texnik Universitetində mübadilə keçəcəklər

Təhsil

29 Aprel 2010, 14:57

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Yıldız Texnik Universitetinin rektoru, prof.dr. İsmail Yükseli, rektor yardımçısı, prof.dr. Mehmet Ahlatçıoğlunu qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın  Modern.az-a verdiyi məlumata görə, qonaqlar öncə universitetlə ilə tanış olublar. Universitetin Heydər Əliyev muzeyi, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, mərkəzlər, həmçinin yenicə təmirdən çıxmış böyük akt zalı, üzgüçülük hovuzu, tennis zalı, tələbələrin asudə vaxtının səmərəli şəkildə keçirilməsi üçün nəzərdə tutulmuş istirahət mərkəzi, yeməkxana qonaqlarda yüksək təəssürat doğurub. Daha sonra görüş dəyirmi masa arxasında davam edib. A.Məhərrəmov Türkiyə ilə münasibətlərə, o cümlədən təhsil sahəsində əməkdaşlığın bu gününə nəzər salaraq perspektivlərdən danışıb. Türkiyənin Yıldız Texnik Universitetinin rektoru İsmail Yüksel Bakı Dövlət Universiteti ilə tanışlıqdan məmnun qaldığını deyib: «Doğrusu, universitetinizi bu cür təsvir etmirdim. Qardaş Azərbaycan inkişaf edir və şübhəsiz ki, onun daha da tərəqqisində, xarici aləmə çıxışında bu təhsil mərkəzinin də xüsusi payı var». İ.Yüksel iki ölkə arasında təhsil və tədris sahəsində əlaqələrin səviyyəsindən bəhs edib və əməkdaşlığın hazırkı səviyyəsindən razılığını ifadə edib.

Görüşdə xüsusən təbiət elmləri sahəsində tələbə mübadiləsi məsələləri də müzakirə edilib. Abel Məhərrəmov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, bugünkü görüşün nəticəsi olaraq universitetin kimya, biologiya və fizika fakültəsindən 3 nəfər tələbə Yıldız Texnik Universitetinə, daha sonra isə həmin universitetdən eyni sayda tələbə BDU-da mübadilə keçəcək.

Tədbirin sonunda rektorlar – Abel Məhərrəmov və İsmail Yüksel əməkdaşlığa dair protokola imza atıblar.  

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü