Modern.az

Rusiya Dumasında miqrantlar haqda yeni qanun müzakirə olunur

Rusiya Dumasında miqrantlar haqda yeni qanun müzakirə olunur

23 Oktyabr 2013, 10:20

Modern.az xəbər verir ki, Rusiya Dövlət Dumasında miqrantların qeydiyyatı ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi xarici vətəndaşların yaşayış yeri üzrə qeydiyyata düşməsi üçün yaşayış sahəsi üçün müəyyən edilən uçot normalarına riayət etməsini tələb edir. Moskvada bir nəfər üçün qeydiyyat norması 10 kvadrat metr, Sankt-Peterburq üçün isə 9 kvadrat metr müəyyən olunub.

İqtidardakı “Vahid Rusiya” Partiyasından olan deputatlar İrina Yarovaya və Aleksandr Xinşteynin hazırladıqları qanun layihəsi bir ünvanda 40-50 miqrantın qeydiyyatda olmasının qarşısını alacaq. Deputat İrina Yarovaya adam başına düşən yaşayış sahəsinin qanun qəbulunun hər kəsin məsuliyyətini artıracağını düşünür. “Bu qanunlar həm miqrantlar, həm də mənzil kirayə verən vətəndaşlara aiddir”. 

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub