Modern.az

Moskvadakı azərbaycanlı Modern.az-a DANIŞDI: “Orxan Zeynalov olayından sonra Azərbaycana köç edənlər çoxaldı”

Moskvadakı azərbaycanlı Modern.az-a DANIŞDI: “Orxan Zeynalov olayından sonra Azərbaycana köç edənlər çoxaldı”

Təhsil

23 Oktyabr 2013, 12:21


Orxan Zeynalovun adı son  bir həftədir ki, hər yerdə esidilir. O, indi rus mediasının və xalqının ən cox haqqında danışdığı adamlardan biridir.
Moskva sakini Yeqor Şerbakovun qətlində günahlandırılan soydaşımız hazırda istintaq altındadır.

Məişət zəmnində baş vermiş bu hadisədən ən əziyyət cəkənlər sözsüz ki, Rusiyada yaşayan həmyerlilərimizdir. Moskvada yaşayan 39 yaşlı soydaşımız Araz  Əhmədov hazırda oradakı azərbaycanlılara olan münasibət barədə Modern.az saytına danışıb. A.Əhmədov deyib ki, şəhərdə gərginlik davam edir. Həmyerlimizin sözlərinə görə, o, 8 ildir ailəsi ilə birlikdə Moskvanın Pereva rayonunda yaşayır. Deyir ki, indiyədək həmişə rahat yaşayıblar.
”İşə gedib-gələrkən ailəmdən nigaran qalmırddım. İndi isə demək olar ki, hər yarım saatdan bir evə zəng edirəm. Artıq evlərdə də yoxlamalara başlayıblar. Kimin sənədlərlə baglı hansısa bir problemi var, elə yerindəcə deportaciya edilir,  vətənə göndərilir. Rusların bizlərə qarşı baxışlari dəyişilib. Qara milləti  görəndə üzlərindəki ifadələr gərginləşir, belə halları müşahidə edəndə isə adam dogurdan da artıq vətənə dönmək istəyir. Son hadisədən sonra Azərbaycana qayıdan soydaşlarımızın sayı artıb. Bağcalarda, məktəblərdə nəzarət gücləndirilib. Demək olar ki, gecələr yollarda soydaşlarımızı görmək mümkün deyil”.

Ayaz Əhmədov deyir ki, Rusiya hüquq-mühafizə orqanları kaş indiyədək bu ölkədə qətlə yetirilən azərbaycanlı gənclərlə də bağlı məsələni bu cür araşdıardılar: “Neçə-neçı gəncimizin meyiti göndərilib vətənə, nə qədər analar oğlanlarını məzara tabşırıb. Onda biz də haqq-ədalət istəməliyik. Amma Rusiyada cərəyan edən siyasi hərəkətlər dinc sakinləri qorxu-təlaş icinə salıb. Hətta vəziyyət o həddə catıb ki, rus sakinlər bazarlara gəlib ticarətlə məşğul olan qara millətdən hec nə almırlar. Biz demirik Orxan düz edib, əgər dogurdan hadisəni o törədibsə, cəzasını cəksin. Amma bir nəfərə görə bu qədər insanı da qorxu içində yaşatmaga haqları yoxdu .Biz bir tikə çörəyimizi qazanırıq. Kimlərsə bu hadisəni şouaya çeviriblər”.

Həmyerlimizin söylədiyinə görə, o da artiq vətənə dönmək haqda fikirləşir. “Vəziyyət çox gərginləşib. Biz bu hadisəni 2010-cu ildə “Manej” meydanında baş vərmiş olayla müqayisə edirik. O zaman “Spartak” klubunun azarkeşi Yeqor Sviridovun qafqazlılarla dava-dalaş nəticəsində öldürülmüşdü. O faktın təhqiqatını tələb edən minlərlə rus milliyətçi “Manej” meydanında aksiya keçirdi. Aksiya iştirakçıları yaxınlıqdakı metro stansiyalarına gələrək, qeyri-slavyan görkəmli insanları, əsasən qafqazlıları döymüşdülər”.

Gülnarə Bünyatova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat