“Birülyovda baş verən hadisə ruslarla azərbaycanlılar arasında olan münaqişə deyil. Bu, insanların yerli hakimiyyətin biganələyinə, hüquq-mühafizə orqanlarında olan korrupsiya və qanunların gündəlik pozulmasına qarşı reaksiyası idi”. Modern.az bildirir ki, bu sözləri Rusiyanın regional inkişaf naziri İqor Slyunkov Putinin yanında keçirliən Millətlərarası Münasibətlər Şurasının iclasında çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, Birülyovda olan hadisə göstərdi ki, mili zəmində münaqişə üçün böyük səylər lazım deyil.
“Birülyovda miqrantların qeyri-leqal rezervasiyasının yaranması bir günün, bir ilin işi deyil. Bütün bu dövr ərzində insanlar hakimiyyət strukturlarının ikili standartları praktikasının şahidi olublar. Bu gün dövlət üçün əsas məsələ problemin həll edilməsidir. Bunun üçün miqrantların yaşadığı yerləri xüsusi nəzarət altına alınmalı, yerli idarə strukturlarına əmək miqrantlarının kvotasını müəyyənləşdirmək imkanları vermək lazımdır”-deyə nazir qeyd edib.
Modern.az