Modern.az

Milli Məclisinin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisinin növbəti iclasının gündəliyi açıqlandı

Təhsil

23 Oktyabr 2013, 13:08

Milli Məclisin oktyabrın 29-da təyin edilmiş plenar iclasında 20 məsələ müzakirə ediləcək.

Bu haqda Modern.az-a açıqlama verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, gündəlikdə olan məsələlərdə əsasən bir sıra qanunlara əlavə və dəyişiklər nəzərdə tutulub.

“İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, Cinayət Məcəlləsi, Mülki Məcəllə, habelə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Sosial müavinətlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlara dəyişiklər nəzərdə tutulub. Eyni zamanda 1997-ci il 30 dekabr tarixli ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik, 2009-cu il 4 dekabr tarixli qanunla təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmək haqqında Əsasnamə”də dəyişiklik, 1999-cu il 8 dekabr tarixli qanunla təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik ediləcək”.

 

Aytən ƏLİYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat