Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, oktyabrın 24-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, temperaturun ötən günlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, şimal küləyinin güclənəcəyi, yağıntılı olacağı gözlənilir.