Modern.az

Hindistan səfiri Bakı Ali Neft Məktəbinin qonağı oldu

Hindistan səfiri Bakı Ali Neft Məktəbinin qonağı oldu

Təhsil

23 Oktyabr 2013, 13:32

Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vinod Kumar  və birinci katib  T.R Mina Bakı Ali Neft Məktəbinin qonağı olub. Bu barədə Modern.az saytına Bakı Ali Neft Məktəbindən məlumat verilib.

Qonaqları Bakı Ali Neft Məktəbində görməsindən məmnunluq hissi keçirdiyini ifadə edən Ali Məktəbin rektoru  Elmar Qasımov Azərbaycanda  ölkə başçısı cənab İlham Əliyev  tərəfindən aparılan uğurlu neft  strategiyasından bəhs edərək  bildirib ki, Azərbaycan dünyada  ilk neft  çıxaran ölkədir, hansı  ki bu gün də neft-qaz və kimya  sənayesi ölkə iqtisadiyyatının inkişafında  əsas rol oynayır. ARDNŞ –nin  Azərbaycanda  və xarici ölkələrdə  həyata keçirdiyi  beynəlxalq layihələrdən söz açan  E.Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbi  ARDNŞ-nin strukturunda  fəaliyyət göstərən Ali Məktəbdir və  bu ali məktəbin  əsas məqsədi ARDNŞ-də işləyə biləcək müasir standartlara cavab verən kadrların  hazırlanmasıdır. Sonra qonaqlara Ali Məktəbin yaranma  tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında  ətraflı məlumat verən E.Qasımov bildirib ki, Avropa  təhsil  standartlarına uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun  istifadəyə veriləcəyini bildirib. Bakı Ali Neft  Məktəbinə  dəvət edildiyi üçün minnətdarlığını bildirən Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladəvə səlahiyyətli səfiri Vinod Kumar Azərbaycan və Hindistan arasındakı tarixi əlaqələrdən bəhs edərək bildirib  ki, bu gün də Azərbaycan və Hindistan dövlətləri arasında  ticari, iqtisadi, elmi və texnoloji sahələrdə əməkdaşlıq durmadan inkişaf etməkdədir. Bakı Ali Neft  Məktəbinin  fəaliyyətini yüksək qiymətləndirən səfir V.Kumar gələcəkdə bu Ali Məktəblə  Hindistanda  mühəndis hazırlığı  istiqamətində fəaliyyət göstərən universitetlərlə  əlaqələrin yaradılması, təcrübə və tələbə mübadiləsi  istiqamətində  birgə əməkdaşlığın qurulması üçün gərəkən dəstəyi etməyə hazır olduğunu bildirib.

Qonaqlar Bakı Ali Neft  Məktəbində tədris prosesi ilə yaxından tanış olduqdan sonra, tələbələrlə fikir mübadiləsi aparıblar.

 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat