Modern.az

Aydın Bəşirovun idarəsində korrupsiya aşkarlandı - 2 nəfər həbs edildi

Aydın Bəşirovun idarəsində korrupsiya aşkarlandı - 2 nəfər həbs edildi

Təhsil

23 Oktyabr 2013, 15:05


Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus yük gəmisində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Bu barədə Modern.az saytına Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

“İslam Səfərli” yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən “Kuban” gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3.800 ABŞ dolları müqabilində “Kuban” gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev  dünən Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edədərək, onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradıb.
Nəticədə Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov işdən çıxarılıb.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat