Modern.az

Sabah Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə baxılacaq

Sabah Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə baxılacaq

23 Oktyabr 2013, 15:21

“Ermənistanın Avrasiya İttifaqına üzvlüyü məsələsi oktyabrın 24-də Minskdə keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasında müzakirə olunacaq”. Modern.az xəbər verir ki, bu barədə Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, iclasda bir neçə əsas məsələlər müzakirə olunacaq. “İclasda 2015-ci ilin yanvarına qədər Avrasiya İqtisadi İttifaqının formalaşması məsələsinə xüsusi diqqət yetiriləcək”.

Y. Uşakov əlavə edib ki, Avrasiya Ali İqtisadi Şurasının iclasında Vladimir Putin, Nursultan Nazarbayev və Aleksand Lukaşenko iştirak edəcək. Genişləndirilmiş iclasın tərkibinə isə Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenko, Rusiya baş nazirinin müavini, Yuri Şuvalov, Qazaxıstan baş nazirinin müavini Kayrat Kalimbetov və belaruslu həmkarı Sergey Rumas iştirak edəcək. Yuri Uşakov iclasa Ermənistan prezidenti Serj Sarkisyanın da dəvət olunacağını istisna etməyib.

 

Vüqar İsmayılov           

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub