Modern.az

Google saxta antivirusların geniş yayılması barədə xəbərdarlıq edir

Google saxta antivirusların geniş yayılması barədə xəbərdarlıq edir

Təhsil

29 Aprel 2010, 18:48

"Google" şirkəti bədəməl istifadəçilər tərəfindən saxta antivirus proqramlarının geniş yayılması barədə xəbərdarlıq edir. Şirkət hesab edir ki, artıq ciddi problemə çevrilən bu vəziyyət birbaşa Şəbəkə istifadəçilərin təhlükəsizliyinə xətər gətirir. 

Şirkətin son 13 ay ərzində apardığı 240 milyon saytın təhlili zamanı müəyyən olunub ki, saxta antiviruslar aşkar olunmuş zərərli proqram təminatlarının 15 faizini təşkil edir.
Saxta antiviruslar ən asan qazanc yollarından biridir. Həmçinin bu cür proqramları kompüterə yükləyəndən sonra onları sonradan ləğv etmək çox çətindir. Saxta təhlükəsizlik proqramları bir çox hallada Windows Update yenilənmə funksiyasına çıxışı və əsl antivirusların işini bağlayır.   
“Saxta antivirusların yayılma miqyası artır. Qəribədir ki, çoxlu sayda istifadəçi bu cür proqramların qurbanı olmaqla dələduzlara pul ödəyirlər”,-deyə Google şirkətinin hesabatında bildirilib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü