Modern.az

Sabahın hava PROQNOZu açıqlandı

Sabahın hava PROQNOZu açıqlandı

Təhsil

24 Oktyabr 2013, 15:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda oktyabrın 25-də havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, lakin gecə və səhər Lənkəran-Astara zonasında yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 5-10, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, oktyabrın 26-27-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür