Modern.az

Ölümündən sonra pul qazanan məşhurlar “Forbes”in siyahısında

Ölümündən sonra pul qazanan məşhurlar “Forbes”in siyahısında

24 Oktyabr 2013, 15:49

Artıq həyatda olmasalar da, sərvət toplamaqda birincidirlər. Müəllif hüquqları, şəxsi əşya, geyim və zinət əşyaları sayəsində ən çox qazanan artıq ölü məşhurların adları “Forbes” jurnalının səhifələrində açıqlanıb.

Modern.az xəbər verir ki, ölümündən sonra da sərvət qazanan ünlü sənətçilər siyahısında birincilik Maykl Ceksona məxsusdur. Onun ölümündən sonrakı gəliri 160 milyon dollar təşkil edir. Sonrakı yerləri 55 milyon dollarla rok-n-roll musiqisinin unudulmaz siması Elvis Presli və 37 milyon dollarla karikaturaçı Çarlz Şultz tutur. Elizabet Teylor bu ilki siyahıda 25 milyon dollarlıq qazancla 4, Bob Marli 18 milyon dollarlıq gəlirlə 7, dünyaca məşhur alim Albert Enşteyn isə 10 milyon dollar qazancla 8-ci yerdə qərarlaşıb.

Bu da ölmüş məşhurların bir illik qazancı:

Maykl Cekson – 160 milyon dollar

Elvis Presli – 55 milyon dollar

Çarlz Şultz – 37 milyon dollar

Elizabet Teylor – 25 milyon dollar

Bob Marli – 18 milyon dollar

Merilin Monro – 15 milyon dollar

Con Lennon – 12 milyon dollar

Albert Enşteyn – 10 milyon dollar

Betti Peyc – 8 milyon dollar

Teodor Geisel – 9 milyon dollar

Stiv MakKuin – 9 milyon dollar

Brus Li – 7 milyon dollar

Cenni Rivera – 7 milyon dollar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?