Modern.az

VHP-dən ETİRAZ: “Fərəc Quliyev, Xanhüseyn Kazımlı və Sabir Hacıyevin partiyaları maliyyə yardımına layiq deyil”

VHP-dən ETİRAZ: “Fərəc Quliyev, Xanhüseyn Kazımlı və Sabir Hacıyevin partiyaları maliyyə yardımına layiq deyil”

24 Oktyabr 2013, 15:53

Vətəndaş Həmrəyliyi Partiyası 19 illiyini qeyd edib

2013-cü il dövlət büdcəsindən parlamentdə təmsil olunan partiyalar üçün 2.5 milyon manat ayrılmışdı. Lakin 2014-cü il üçün isə bu məbləğin miqdarı 3.7 faiz artırılacağı gözlənilir. Bəs dövlət hesabına maliyyələşən partiyalar alacaqlar vəsaitin miqdarından razıdırlarmı? Onların normal fəaliyyət göstərməsi üçün bu məbləğ yetərlidirmi?

Modern.az məsələ ilə bağlı mövqeləri öyrənib.

BAXCP bu artımı müsbət qarşılayır. Partiya sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, demokratik ənənələrin formalaşması üçün partiyaların fəaliyyətini inkişaf etdirmək lazımdır. “Ümumi vəsait elə də böyük məbləğ deyil. Amma bütövlükdə ilkin mərhələ üçün bu məsələ müsbət qarşılanmalıdır”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da daha çox məbləğin artırılmasını vacib sayıb. Onun fikrincə, partiyalar QHT-lərlə bərabər tutulmalı idi. “Əks halda fəaliyyətimizi geniş inkişaf etdirmək olmur. Amma yenə də bu sistemin mövcud olması hər halda ümumi işin xeyrinədir. Bundan sonra partiya demokratiyası inkişaf etməlidir”.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatın rəhbəri Samir Əsədli məbləğin artırılmasının tərəfdarıdır. Partiya rəsmisi deyib ki, ümumiyyətlə VHP-yə ayrılan vəsait normal fəaliyyət üçün çox azdır.
“Partiyanın aparatını saxlamaq üçün bu çox azdır. Heç olmasa, ildə partiyalara 5-6 milyon civarında pul ayrılsa, məqsədə uyğun olar. Parlamentdə elə partiyalar var ki, onlara maliyyə düşmür. Vətəndaş Birliyi, Milli Dİrçəliş və Sosial Rifah partiyaları bu vəsaiti almağa layiq deyillər. Çünki bu partiyaların parlament seçkilərində fəal iştirakı görünmür. Məsələn, Fərəc Quliyevin rəhbərlik etdiyi partiya onun özü deputat seçildikdən sonra qeydə alınıb. Sözügedən digər iki  partiya sədri isə seçkilərə siyasi qurum rəhbərləri kimi deyil, fərdi qaydada  qatılıblar”.

VHP funksionerinin bu ittihamına qarşı tərəfində də reaksiyası gecikməyib. Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı Modern.az-a bildirib ki, belə ittihamlara cavab vermək niyyətində deyil.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.  

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir