Modern.az

Sərdar Cəlaloğlu: “Ümid Partiyası kimi bizə də büdcədən maliyyə ayrılmalıdır”

Sərdar Cəlaloğlu: “Ümid Partiyası kimi bizə də büdcədən maliyyə ayrılmalıdır”

24 Oktyabr 2013, 16:04


2014-cü il üçün dövlət büdcəsi layihəsində siyasi partiyalara 2 592 500 manat vəsait ayrılması nəzərdə tutulur. Ancaq Milli Məclisdə təmsil olunmayan partiyalar yenə bu yardımdan kənarda qalacaqlar.

Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bu məsələ ilə bağlı hökumətə müraciət etməyin mənasız olduğunu düşünür.
“Partiyanın icarə haqqını güclə çatdıra bilirik. Amma kiməsə müraciət etməyin əhəmiyyətini görmürəm. Bu haqda ancaq düşünmək olar ki, parlamentdə təmsil olunmayan siyasi qurumlarla bağlı qərar verilsin”.

AXCP sədrinin müavini Razi Nurullayev də partiyasının maliyyə dəstəyi almasını fantastik istək sayır. “Hakimiyyətə heç bir müraciət göndərilməyib və müraciət olduğu halda belə məsələnin həlli mümkün görünmür”.

ADP sədri Sərdar Cəlaloğlu isə partiyasının maliyyə durumu ilə bağlı hətta Konstitusiya Məhkəməsinə müraciət etdiyini deyir. “Seçkilərə Ümid Partiyası ilə bir blokda getmişdik. Qanuna görə bizim partiya da büdcədən ayrılan vəsait hesabına maliyyələşməlidir. Çünki hətta qanunda da yazılıb ki, iki partiya blok şəklində seçkiyə gedirsə, hər iki partiya ayrı-ayrılıqda maliyyələşməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etdik, amma sorğumuza cavab verilmədi”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır