Modern.az

Rusiyadan övladlarına toy etmək üçün gələn ata və ana dəm qazından ÖLDÜ

Rusiyadan övladlarına toy etmək üçün gələn ata və ana dəm qazından ÖLDÜ

Hadisə

9 Aprel 2024, 10:42

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.

 

Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və meyitlərini aşkarlayıblar.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə