Modern.az

“Yeni müdafiə naziri iş başındadır, biz də əmrlərini yerinə yetiririk”

“Yeni müdafiə naziri iş başındadır, biz də əmrlərini yerinə yetiririk”

Təhsil

24 Oktyabr 2013, 16:54


Prezident İlham Əliyevin 22 oktyabr tarixli sərəncamı ilə müdafiə naziri vəzifəsindən azad edilən Səfər Əbiyevin yerinə general Zakir Həsənov təyin edildi. Dünən yeni naziri nazirliyin kollektivinə general Vahid Əliyev təqdim edib.

Modern.az müdafiə naziri Zakir Həsənovun təqdimatdan sonra nazirlik işçiləri ilə toplantı keçirib-keçirmədiyini, yeni təyinatlar edib-etməyəcəyini öyrənməyə çalışıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə Modern.az-a bir cümlə ilə cavab verməkdə kifayətlənib. “Hamı öz yerindədir və cənab nazirin əmr və tapşırıqlarını yerinə yetiririk”.

 

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat