Modern.az

Milli Şurada QALMAQAL: Əvəz Temirxan qurumdan çıxdı

Milli Şurada QALMAQAL: Əvəz Temirxan qurumdan çıxdı

24 Oktyabr 2013, 17:06


Oktyabrın 24-də Müsavat Partiyasının qərargahında Milli Şuranın növbəti sessiyası keçirilib. Modern.az xəbər verir ki, iclas zamanı çıxış edən ALP sədri Əvəz Temirxan təşkilati məsələlərin müzakirəyə çıxarılmamasını tələb edib. O bildirib ki, son zamanlar ALP-nin Milli Şuradan getməsi haqqında yazılar mətbuat səhifələrindən düşmür.

“İstefaya getmiş bir adamın məsələsini müzakirə etmək düzgün deyil. Belə olacağı təqdirdə, biz Lalə Şövkətin istefasının da səbəblərini açıqlamalıyıq. Amma buna ehtiyac duymuruq və vaxt itirmək də istəmirik. Buna görə deyirəm ki, bununla bağlı müzakirələr olsa, biz bu müzakirədə və bu fəaliyyətdə olmayacağıq”-deyə Ə.Temirxan mesaj verib.  

Milli Şuranın namizədi Cəmil Həsənli Əvəz Temirxana “bizi hədələyə bilməzsiniz” cavabın; verib. ALP sədri bundan sonra Milli Şuradan getdiyini bəyan edərək iclas zalını çıxıb.

Milli Şuranın sessiyasında qalmaqal yarandı: Əvəz Temirxan qurumun üzvlüyündən çıxdı 
Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü