Modern.az

Lalə Şövkət, Şıxəli Qurbanovun qızı və islamçılar - 9 nəfər Milli Şuradan çıxarıldı - SİYAHI

Lalə Şövkət, Şıxəli Qurbanovun qızı və islamçılar - 9 nəfər Milli Şuradan çıxarıldı - SİYAHI

Təhsil

24 Oktyabr 2013, 17:46

Milli Şura bu gün keçirdiyi iclasda 9 nəfər üzvünü kənarlaşdırıb. Modern.az xəbər verir ki, bu haqda Milli Şura üzvü Natiq Ədilov məlumat verib. Milli Şuradan çıxarılanların adları da bəlli olub. Məlum olub  ki, Milli Şuranın iki üzvü-Akif Şahbazov və Gülnarə Qurbanova sessiyalar və iclaslarda iştirak etmədiyi üçün qurumdan çıxarılıblar. Digər yeddi  nəfər isə öz bəyanatı ilə təşkilat sıralarını tərk edib.
Siyahıya ALP lideri Lalə Şövkət, sabiq AXCP-çi Asəf Quliyev, “El” Hərəkatının eks-üzvü İlham Hüseyn, ACP-çilər Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova və İslam Partiyasından iki nəfər - Mövsüm Səmədov, Elçin Manafov daxildir.

Rəsul Quliyev və Əvəz Temirxan hələ ki, qurumdan çıxarılmayıb. Onlar barəsində növbəti sessiyada qərar verilməsi gözlənilir. 

Aqşin Kərimov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü