Modern.az

Avrasiya İttifaqının təsis edəcək 5 prezident Minskə toplaşıb

Avrasiya İttifaqının təsis edəcək 5 prezident Minskə toplaşıb

Təhsil

24 Oktyabr 2013, 18:09

Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Ermənistan prezidenti Serj Sərkisyan, Ukrayna dövlət baçısı Viktor Yanukoviç, Tacikistan prezidenti İmamoli Rəhmon Avrasiya Ali İqtisadi Şurasının MDB dövlət başçılarının sammitində iştirak etmək üçün Minskə gedib. Modern.az bildirir ki, Avrasiya İttifaqı Ali İqtisadi Şurasında Rusiya, Belarus, Qazaxıstan Ermənistanın təşkilata üzvlüyü məsələsini müzakirə edəcəklər. İclasda Serj Sərkisyanın da iştirak etməsi gözlənilir.

MDB dövlət baçılarının sammitində iştirak üçün Minskdə olan Rusiya prezidenti Vladimir Putin bugün Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşəcək. Tərəflər Ukraynanın Avropa Birliyi ilə assotiativ üzvlük barədə müqavilə imzalayacağı təqdirdə iki ölkə arasında yarana biləcək problemləri müzakirə edəcəklər. İki günlük səfər zamanı Putin ukraynalı və belaruslu həmkarları ilə üç tərəfli görüş keçirməyi də planlaşdırır. İclasdan sonra bir sıra sənədlərin imzalanması gözlənilir.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır