Modern.az

Əvəz Temirxandan İSTEFA açıqlaması: “Milli Şurada düşmənçilik yaratmaq istəyənlər var”

Əvəz Temirxandan İSTEFA açıqlaması: “Milli Şurada düşmənçilik yaratmaq istəyənlər var”

24 Oktyabr 2013, 18:13

Milli Şuranın sessiyasında qalmaqal yarandı: Əvəz Temirxan qurumun üzvlüyündən çıxdı
“Biz daxili düşmənçiliyin iştirakçısı olmaq istəmirik. Buna görə də Milli Şurdan getməyi qərara aldım”. Bunu Modern.az-a açıqlamasında ALP sədri Əvəz Temirxan Milli Şuradan bu günkü istefası ilə bağlı danışarkən deyib. O Milli Şuranın iclasını tərk etməsinə münasibət bildirərkən qeyd edib ki, Milli Şurada düşmənçilik yaratmaq istəyənlər var. Konkret olaraq ad çəkməsə də ALP sədri bildirib ki, onun addımı həmin düşmənçilik mövqeyində dayananlara adekvat reaksiyadır.
 “Milli Şura tərkibində bizə qarşı düşmən mövqedə olanlar var. Biz də onlara cavab verəndə istər-istəməz ictimai rəydə bizi çəkişmə prosesinin iştirakçısı kimi görürlər. Mən də bunu istəmirəm və buna görə də Milli Şuranı tərk etdim”-deyə Ə.Temirxan söyləyib.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir