Modern.az

Əliməmməd Nuriyev: “ADP sədrinin iddiası əsassızdır”

Əliməmməd Nuriyev: “ADP sədrinin iddiası əsassızdır”

Təhsil

24 Oktyabr 2013, 18:32

“Doğrudur, Sərdar Cəlaloğlu və İqbal Ağazadə seçkilərə eyni blokda gediblər. Amma İqbal Ağazadənin partiyasına onun topladığı səslərə uyğun olaraq maliyyə vəsaiti ayrılır. ADP isə Ümid Partiyası ilə blok yaratsa da, həmin partiyanın nümayəndəsi bloka mandat qazandırmayıb. Buna görə də ADP vəsaitin bölüşdürülməsində iştirak etmir. Yəni ADP parlamentdə yer alsaydı, toplanan səslər də mandata görə proporsional qaydada bölünərdi”.
Bunu Modern.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Qeyd edək ki, Sərdar Cəlaloğlu 2010-cu il seçkilərinə Ümid Partiyası ilə eyni blokda təmsil olunduğu üçün ADP-nin də dövlət büdcəsindən maliyyə vəsaiti almasını tələb edib. O, Konstitusiya Məhkəməsinə də eyni tələblə müraciət ünvanlayıb.  

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü