Modern.az

Kişi ömrünü qısaldan 3 şey

 Kişi ömrünü qısaldan 3 şey

29 Aprel 2010, 19:36

İnfarkta gətirib çıxaran siqaret çəkmək, yüksək təzyiq və xolesterol problemi olan kişilər olmayanlara nisbətən həyatla 10-15 il əvvəl vidalaşmalı olurlar. “British Medical Journal” Oxford Universiteti tərəfindən İngiltərədə 38 il mütəmadi izlənilən 19 min kişi üzərində aparılan araşdırmanın nəticələri açıqlayıb. Sağlamlıq vəziyyətləri izlənilən həmin kişilərin yaşları 40-a yaxın olub.

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, mütəxəsisslərin qənaətincə, siqaret çəkən, yüksək təzyiq və xolesterola sahib olan kişilər 70 yaşının ortalarına kimi, bu 3 ünsürü olmayanlar isə 80 yaşının ortalarına qədər yaşayırlar.

Araşdırmanı aparan Oxford Universitetinin Professoru Peter Veissberg bildirib ki, bu araşdırma yalnız kişilər deyil, qadınlara da şamil oluna bilər. Onun fikrincə, siqaretlə vidalaşmaq üçün 50 yaşda atılan addım da gec deyil. Professor sağlamlıq üçün atılan ən kişik addımların belə, müsbət nəticə verdiyini qeyd edib. Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir