Modern.az

Ramil Usubov terrorçulardan danışdı

Ramil Usubov terrorçulardan danışdı

24 Oktyabr 2013, 22:49

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Türkiyə Milli Polis Təşkilatının rəhbəri Mehmet Kılıçların başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 
Nazir türkiyəli qonaqlara ölkədəki mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, silahlı qrupların hakimiyyət uğrundakı mübarizəsi, həmin dövrdə cinayətkarlığın pik həddə çatması, cəzasızlıq mühitinin hökm sürməsi, respublikamızın vətəndaş müharibəsi təhlükəsi ilə üzləşməsi barədə qısa məlumat verib.

Problemlərə toxunan Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan terrorçuluqdan ölkəmizin daim əziyyət çəkdiyini, müstəqilliyin ilk illərində erməni millətçiləri və terrorçu qrupları tərəfindən azərbaycanlılara qarşı 32 terror aktı törədildiyini xatırladıb.

Mehmet Kılıçlar icə buna cavab olaraq Azərbaycan ilə Türkiyə arasında əlaqələrin genişlənməsindən məmnunluğunu bildirib. Qonaq ölkələrimizin polis təşkilatları arasındakı əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində və genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!