Modern.az

Prezident təhsilin inkişafı üzrə Dövlət Strategiyasını təsdiqlədi

Prezident təhsilin inkişafı üzrə Dövlət Strategiyasını təsdiqlədi

24 Oktyabr 2013, 22:19

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikasında səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemini yaratmaq məqsədi ilə Dövlət Strategiyasını təsdiq edib.

Nazirlər Kabinetinə bu sərəncamla təsdiq edilən Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamla təsdiq edilən Dövlət Strategiyasının icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə burada tanış olmaq mümkündür.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?