Modern.az

Rəsul Quliyev Milli Şuraya istehza etdi: "İstəsəm, sizə problem yaradaram"

Rəsul Quliyev Milli Şuraya istehza etdi: "İstəsəm, sizə problem yaradaram"

25 Oktyabr 2013, 01:36

Açıq Cəmiyyətinin lideri Rəsul Quliyev Milli Şuranın 24 oktyabr tarixli sessiyasına münasibət bildirib. Modern.az-ın xəbərinə görə, R.Quliyev Milli Şuranın növbəti sessiyasının təəssüf hissindən başqa hiss yaratmadığını vurğulayıb.
Rəsul Quliyev onun Milli Şuradan çıxarılmasını istəyənlərə cavab verib.

”Sessiya bir neçə heç kimin fikir vermədiyi konstruktiv çıxışdan başqa, yadda 20 ildir söylənilən ekiz çıxışlar, real tətbiqi fantaziya olan şüarlardan ibarət oldu. Bundan başqa qaragüruhçu elementlərin baş qaldırması, abırlarını saxlayan intelektualların səslərini çıxarmaması MŞ-nın gələcəyinin necə formalaşacığından xəbər verir.
MŞ bəyənat qəbul etdi. Bəyanat yaxşı bəyanatdır.Ancaq bu bəyanat yazılı şəkildə paylanmalı maksimum bir dəqiqə ərzində qəbul olunmalı, sonra bəs bundan sonra nə etməliyik, bu müzakirə olunmalı idi.
Milli Şuranın mənim təkliflərimə məhəl qoymaması bir tərəfə, üzv olmayan Rövşən Qəmbərin təklifini gündəmə gətirməsi və sessiyada iştirak edənlərin buna heç bir reaksiya verməməsi “demokratiyaya gedən yolun başlanığıcıdır”.
Cəmil müəllimin qismən yaranmış hörmətinə sahib çıxmaq istəyənlər xüsusən çanfəşanlıq etdilər.
Hörmət etdiyim Cəmil müəllimin əgər mən özüm Milli Şuradan getməsəm, “onu noyabrda çıxararıq” deməsini demokratiyanın “zirvəsi” hesab etmək olar. İlk növbədə Cəmil müəllim professordur, bu adına hörmət etməlidir. İkincisi, o respublikanın demokratik prezidenti olmaq istəyirdi. Bu arzuda olan adam ən azı noyabrda müzakirə edərik deməli idi. Əgər kiçik bir iclasda bir neçə qaragüruhçunun səsini kəsmək üçün belə sözlər işlədilirsə, onda bu boyda respublikanın idarəçiliyində nələr baş verərdi”.

R.Quliyev deyib ki, Milli Şuranın tutduğu yol heç bir yerə aparmayan yoldur. Onun sözlərinə görə, Milli Şuranın budəfəki bəyanatlarına oxşar bəyanatlar çox verilib Azərbaycanda. Bu münvalla həmin bəyanatı 2015 və 2018-ci illərdə də vermək lazım gələcək:
Ona görə də Milli Şura o teksti saxlamalıdır ki, bir də yenidən yazmasın.
Oradakı çıxışlardan başa düşdüm ki, bu adamların heç birinin İlham Əliyevin nə sonuncu çıxışlarından xəbərləri var, nə də 2014-cü il büdcə lahiyəsinə diqqət yetiriblər. Onlar bu günə qədər anlamayıblar ki, İlham Əliyev siyasi kursunu artıq qismən dəyişmək barədə qərar qəbul edib və görüləcək işlər Milli Şuranın tamamilə axırına çıxacaq. Onlar hələ də anlamayıblar ki, bu gün parlamentdə olan partiyaları gücləndirib müxalifət standartlarına yaxınlaşdırmaq planı mövcuddur. Əsas məsələ, daxildə rüşvətlə real mübarizə aparılacağından xəbərsizdilər. Onlar hələ də başa düşməyiblər ki, daxildə hökümət idarələri ilə əlaqələrin elektron pöçta ilə aparılması nə deməkdir .
Çıxışlar yenə də İlham Əliyevin bu gün-sabah yıxılacağı eyforiyası üzərində qurulub. Belə bir Milli Şuranın perspektivi yoxdur bir məsələdirsə, xalqın öz taleyinə sahib olmaq imkanlarına ciddi zərbə vurur ikinci və ən təhlükəlisidir.
Əgər növbəti sesiyada MŞ konkret azad seçkilər uğrunda mübarizə aparacaq və bir ay müddətində plan və proqramını xalqın müzakirəsinə verəcək qərarını müzakirə etməsə,  mən heç vaxt belə bir şuranın üzvü olmayacağam. İş elə gətirib ki, həyatım boyu heç kim heç vaxt məni işdən azad etməyib. Hətta Heydər Əliyev belə bir işi görməyə cəsarət etmədi. Ancaq siz bu günə qədər bir nəfəri də işdən çıxarmaq səlahiyyətinə malik olmayan bir adam məni işdən çıxarmağla hədələdiniz, alqışlar. MŞ üzvləri arasında məni kifayət qədər dəstəkləyənlər var, istəsəm sizin məni çıxarmanıza problem yarada bilərəm. Ancaq nəyin xatirinə. Sizinlə birlikdə 2015 və 2018-ci illərdə bəyanat vermək xatirinə bu işi görmərəm. MŞ-nın üzvlərinin hər birinə münasibətin onun konkret Azərbaycanda demokratiyanın qələbə çalması üçün nə etməlidir fikrinin əsasında formalaşır. Öz şəxsi ambisiyalarını xalqın marağından üstün görənlərlə necə bir komandada olmaq olar?”.

Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi