Modern.az

ATƏT nümayəndəsi Qarabağdakı separatçıların yanına gedib

ATƏT nümayəndəsi Qarabağdakı separatçıların yanına gedib

25 Oktyabr 2013, 10:10

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan ATƏT sədrinin şəxsi  nümayəndəsi Anjey Kaspşiki qəbul edib.  Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, görüş Azərbaycanın işğal olunmuş ərazilərində olub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həll  perspektivi haqqında  müzakirələr aparılıb. Konfliktin sülh yolu ilə nizamlanmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, son zamanlar cəbhə xəttində atəşkəsin pozulması hallarının yolverilməzliyindən də söz açılıb.

  Aqşin Kərimov  
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü