Modern.az

Zakir Həsənov Müdafiə Nazirliyində daha bir neçə zabiti vəzifədən atdı

Zakir Həsənov Müdafiə Nazirliyində daha bir neçə zabiti vəzifədən atdı

25 Oktyabr 2013, 10:25


Yeni təyin olunmuş müdafiə naziri, general-polkovnik Zakir Həsənovun kadr islahatları davam edir. Modern.az saytı hərbi ekspert Üzeyir Cəfərova istinadən xəbər verir ki, nazirliyin Şəxsi iş İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini, Səfərbərlik İdarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib.

“Dünəndən etibarən üç idarənin işinə nazirliyin Tərbiyəvi işlər İdarəsinin rəisi, general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək.

Müdafiə Nazirliyində adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən Prezidentə açıq müraciətdə adı çəkilən nazirliyin Büdcəyə nəzarət və maliyyə İdarəsinin rəisi, polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyev Bərdə hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib.
Nazir, general-polkovnik Zakir Həsənovun dünənki qərarları Müdafiə Nazirliyində şok effekti yaradıb. Bəzi şəxslərin səhhətində ciddi problemlər yaranıb”-deyə hərbi ekspert vurğulayıb.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?