Modern.az

Sovet İttifaqının dağıldığı Minskdə “SSRİ” BƏRPA olunur

Sovet İttifaqının dağıldığı Minskdə “SSRİ” BƏRPA olunur

25 Oktyabr 2013, 10:44

Üç respublika İttifaq sazişini imzalamağa razı oldu


“Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın yaradılması üçün lazım olan hüquqi baza artıq başa çatmaq üzrədir. Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş isə razılaşmanın final mərhələsindədir”. Modern.az saytı bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Minskdə Avrasiya Ali İqtsadi Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bəyan edib.

Dövlət başçısının sözlərinə görə, bununla bağlı müvafiq razılıq əldə olunub.

“Biz razılaşmışıq ki, İttifaq balanslı makroiqtisadi və büdcə siyasəti aparsın.

Həmçinin, Avrasiya nəqliyyat və energetika şəbəkəsinin yaradılmasını planlaşdırırıq”-deyə prezident vurğulayıb.

Dünənki iclasda  Rusiya, Belorus və Qazaxıstan prezidentləri Gömrük İttifaqı və Vahid İqtisadi Məkanın yaradılmasına mane olan məhdudiyyətləri ləğv etmək barədə razılıq əldə ediblər.

Belarus, Rusiya və Qazaxıstan 2014-cü ilin mayında Avrasiya İqtisadi İttifaqının yaradıması barədə müqavilə imzalayacaq. Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qaxazıstan prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclasında bildirib.

“Biz razılaşdıq ki, Avrasiya İqtisadi İttifaqının yaradıması barədə müqavilə imzalayaq. İttifaq 2015-ci ilin 1 yanvarından fəaliyyətə başlayacaq. Bunun üçün biz gələn ilin mayında sənədin layihəsini görməliyik ki, 6 ay ərzində öz parlamentlərimizdə bu sənədi ratifikasiya edə bilək”.

Qazaxıstan prezidentinin sözlərinə görə, Minskdə müqavilələrin qəbul olunması və məhdudiyyətlərin aradan qaldırılmasına dair ciddi müzakirələr olub. Nursultan Nazarbayev qeyd etdi ki, hər bir dövlət inteqrasiya mühitində bərabər hüquq və qarşlıqlı maraqa malik olmaq istəyirlər.

Jurnalistlərin suallarına cavab verən Nazarbayev təşkilata yeni üzvlərin qəbul olunmasına da münasibət bildirib. “Biz yeni üzvlərin qəbul olunmasına çox ehtiyatla yanaşırıq. Qırğızıstan və Ermənistan üçün işçi qrup yaradılacaq. Bu qrup onları təşkilata qəbul ertmək üçün yol xəritəsi planı hazırlayacaqlar”.

X.SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi