Modern.az

Müdafiə Nazirliyindən AÇIQLAMA gəldi: “General Altay Mehdiyev vəzifəsindən çıxarılmayıb”

Müdafiə Nazirliyindən AÇIQLAMA gəldi: “General Altay Mehdiyev vəzifəsindən çıxarılmayıb”

Təhsil

25 Oktyabr 2013, 10:55

Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin rəhbərliyində dəyişikliyin olması barədə Azərbaycan KİV-lərinin yaydığı məlumatları təkzib edib.

Bununla bağlı Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Modern.az saytına bildirib:
”Hərbi Hava Qüvvələrinin rəhbərliyində dəyişiklik edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”

Qeyd edək ki, ölkə mətbuatında yayılan xəbərə görə, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!